Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib 13.10.25
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

Ekspertlər Şurasının yeni tərkibdə ilk iclasında “Startap” şəhadətnaməsi üçün KOBİA-ya daxil olan müraciətlərə baxılıb. 

“Startap” şəhadətnaməsinin verilməsi üzrə daxil olan layihələri dəyərləndirən Ekspertlər Şurasının tərkibi yenilənib. Ekspertlər Şurasında Elm və Təhsil Nazirliyinin və nazirliyin Yüksək Texnologiyalar Parkının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi" MMC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyinin, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin nümayəndələri təmsil olunur. Şuraya Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sədrlik edir. Yeni tərkibdə formalaşmış Ekspertlər Şurası növbəti 2 il müddətinə “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-ya daxil olan layihələri dəyərləndirəcək və qərar qəbul edəcəkdir. 

Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında qeyd edilib ki, KOBİA tərəfindən təqdim edilən “Startap” şəhadətnaməsi innovativ sahibkarlığın inkişafına mühüm dəstək verir. 2021-ci ildən etibarən bu şəhadətnamə mikro və kiçik sahibkarları 3 il müddətinə innovasiya fəaliyyəti üzrə gəlir və mənfəət vergisindən azad edir. Bu günədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Müvafiq sənədi almış startaplar əsasən FinTech, EdTech, HealthTech, AgriTech, GreenTech, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir. “Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır. Bu dəstək gənclərin ideyalarının reallığa çevrilməsinə, innovasiyaların yayılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Sonra “Startap” şəhadətnaməsi üçün Agentliyə daxil olan müraciətlərə baxılıb. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. 

Powered by Froala Editor