Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq 03.07.26
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

"Healthtech Solutions KOB Klaster Şirkəti"nə KOB klaster şəhadətnaməsi verilib.

Ölkədə sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb. “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə şirkət arasında görüş keçirilib və şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.

Bakı şəhərində fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.

Artıq 11 KOB subyekti KOB klaster şirkətinin iştirakçısıdır. Bu şirkətlər KOB klaster şirkətinə istehsal prosesinin fasiləsizliyini və effektiv idarə olunmasını təmin edəcək xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, İT, dizayn və digər istiqamətlərdə xidmətlər göstərəcək.

Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.

Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.

Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək Agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.

Powered by Froala Editor