Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında maraqlıdır 28.10.20
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında maraqlıdır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

KOBİA və TİKA arasında KOB sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib, Agentliyin Türkiyənin müvafiq qurumları ilə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı və dəstəyi ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələr xüsusilə qeyd olunub. KOBİA sədri 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verərək Türkiyənin Azərbaycana dəstəyinin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilmiş rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor