Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Tikinti biznesinə dair ictimai müzakirə təşkil olunub 26.01.22
Tikinti biznesinə dair ictimai müzakirə təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tikinti biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.


Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi və qurumlarının, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri və tikinti biznesi ilə məşğul olan sahibkarlar iştirak ediblər. 


KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tikinti biznesi sahəsində mövcud vəziyyətin və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin zəngin tikinti xammal ehtiyatlarına malik olmasının, aparılan geniş tikinti-quruculuq işlərinin tikinti sektorunu sahibkarlıq fəaliyyəti üçün cəlbedici etdiyini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə mövcud olan təbii sərvətlər, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər tikinti materiallarına olan tələbatı artırmaqla, eyni zamanda sektorun inkişafı üçün yeni imkanlar açmışdır. Bununla belə son 2 ildə pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan tikinti bazarına da öz mənfi təsirini göstərib. Postpandemiya dövründə tikinti sektoru da prioritet sahələrdən olacaq və dövlət tərəfindən dəstəklənəcəkdir. KOBİA sədri həmçinin sektorun üzləşdiyi çətinliklərin Agentliyin diqqət mərkəzində oluduğunu vurğulayıb, təkcə 2021-ci ildə tikinti məsələləri ilə əlaqədar 200-ə yaxın müraciətin daxil olduğunu, sahə üzrə problemlərin həllində və təkliflərin öyrənilməsində ictimai müzakirələrin önəmini vurğulayıb. 


Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov sektorun inkişafı, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl əməkdaşlığına dair fikirlərini bölüşüb.


Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev təmsil etdiyi qurumun fəaliyyəti və sektorun mövcud vəziyyəti barədə məlumat verib.


Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların çoxsaylı sualları cavablandırılıb. 

Powered by Froala Editor