Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Turizm klasterləşməsinin təşviqi KOBİA-nın prioritetlərindəndir 04.04.19
Turizm klasterləşməsinin təşviqi KOBİA-nın prioritetlərindəndir

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” Sərgisi öz işinə başlayıb. “Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” Sərgisinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək göstərir.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində böyük diqqət göstərildiyini, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqinin bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açdığını vurğulayıb. Qeyd olunub ki, son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülüb. Turizm sahəsində sahibkarlığın inkişafının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərdən olduğunu diqqətə çatdıran Agentlik sədri biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində turizm sektorunun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsinin, turizm klasterləşməsinin təşviqinin Agentliyin prioritet hədəflərindən olduğunu bildirib. Vurğulanıb ki, birgə səylər nəticəsində turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcəkdir.

Qeyd edək ki, aprelin 6-dək davam edəcək “AITF 2019” Sərgisində dünyanın 17 ölkəsindən 190-a yaxın şirkət və təşkilat iştirak edir. Sərgi çərçivəsində müxtəlif görüşlər, seminar və təqdimatlar təşkil ediləcəkdir.

Powered by Froala Editor