Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Turizm müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb 28.04.21
Turizm müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb

Aprelin 28-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin rəhbər və işçi heyəti üçün təlimlərə start verilib.  


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə keçirilən təlimlərin məqsədi böyük turizm potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin əməkdaşlarının yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır. 


İlkin olaraq Quba rayonunda fəaliyyət göstərən turizm müəsissələrinin işçi heyəti üçün keçirilən təlimlər Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan digər rayonların turizm müəssisələri üçün də təşkil olunacaqdır. 


İki həftə davam edəcək təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq qruplar şəklində turizm müəssisələrində keçiriləcək. Nəzəri və praktik hissələrdən ibarət təlimlərdə Xaçmaz KOBİM-in peşəkar ekspertləri tərəfindən turizm müəssisələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, müştərilərlə peşəkar ünsiyyət, marketinq və satış, qonaqpərvərlik, “MSDS” təlimatı və təmizlik heyəti üçün qaydalar, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena, menyunun təqdimatı, mehmanxana xidmətinin təşkilində qida və içki satışına nəzarət və s. mövzular tədris olunacaq. 


Kiçik qruplar şəklində olmaqla ümumilikdə təlimlərə 60-dan çox iştirakçının qatılması nəzərdə tutulur. 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcəkdir. 

Powered by Froala Editor