Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 22.05.19
Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarların fikirləri dinlənilib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, 2-3 ulduzlu hotellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakıyla iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində həmçinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.

Powered by Froala Editor