Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Türkiyənin DEİK təşkilatının rəhbəri KOBİA-da olub 16.06.21
Türkiyənin DEİK təşkilatının rəhbəri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşüb. 


KOBİA-da təşkil olunmuş görüşdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif ölkələrin, eləcə də qardaş Türkiyənin KOB sahəsində təcrübəsinin öyrənilməsində və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə dair fikirlərini və təkliflərini bölüşüb.  


DEİK prezidenti Nail Olpak Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib, Agentliklə DEİK arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirib. 


Görüşdə ölkəmizə investisiya qoyuluşunun genişləndirilməsi imkanları, KOB sahəsində birgə layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. 

Powered by Froala Editor