Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib 19.05.26
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib

KOBİA-nın da təmsil olunduğu tədbirdə əlçatan mənzil təminatı, urbanizasiya və tikinti sahəsində KOB-ların iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasının sessiyası və panel müzakirələri təşkil olunub. “Müxtəlif bazar kontekstlərində inkişafın təmin edilməsi: Planlaşdırma, torpaq və dəstəkləyici çərçivələr” mövzusunda panel müzakirədə mənzil tikintisi sahəsində mövcud problemlər, torpaq, şəhərsalma və tikinti qaydalarının prosesə təsiri, əlçatan mənzil təminatı, qeyri-formal yaşayış məntəqələri, urbanizasiya və dövlət siyasəti ilə yerli icra imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları həmçinin KOB-ların müvafiq sahədə fəaliyyətini və perspektivləri müzakirə ediblər.

Paneldə Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin birinci müavini İlhom Norqulov, Cənubi Afrika Yerli Hökuməti Assosiasiyasının baş icraçı direktoru Sithole Mbanqa, “PwC Azərbaycan” şirkətinin direktoru Günel Sadiyeva, “IND” şirkətinin nümayəndəsi Karina Garnaqa, “Monocle” media brendinin baş xarici müxbiri Karlota Rebelo ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev də iştirak edib.

KOBİA tərəfindən dayanıqlı şəhər infrastrukturunun qurulmasında kiçik və orta biznes subyektlərinin tikinti layihələrində iştirakının önəmli olduğu bildirilib. Qeyd edilib ki, KOB-lar tikinti və urbanizasiya sahəsində mühüm rol oynayır və onların fəaliyyəti regionlarda iqtisadi aktivliyin artmasına, yeni iş yerlərinin yaranmasına və yerli istehsalın inkişafına töhfə verir. Azərbaycanda rəqəmsal xidmətlər, “vahid pəncərə” yanaşması və müxtəlif dəstək mexanizmləri sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına xidmət edir. KOB-ların tikinti və şəhər inkişafı ilə bağlı istehsal, mühəndislik, logistika, texnologiya və texniki dəstək sahələrində iştirak imkanları genişdir. 

Powered by Froala Editor