Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb 07.01.26
“Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

Yanvarın 5-dən etibarən “Xaçmaz KOB evi”ndə yeni xidmətlər göstərilməyə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq “Xaçmaz KOB evi”ndə həyata keçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın “Xaçmaz KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, KOB evləri sahibkarlara dövlət və özəl qurumlar tərəfindən “G2B” və “B2B” xidmətlərin təqdim edildiyi vahid məkandır. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Hazırda Bakı, Xaçmaz, Şuşa və Yevlax şəhərlərində KOB evləri, Xudat şəhərində “Xaçmaz KOB evi”nin xidmət mərkəzi fəaliyyət göstərir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta və s. xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər. 

Powered by Froala Editor