Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Xaçmaz KOB İnkişaf Mərkəzində KOB-lara korporativ hüquq və kənd təsərrüfatına dair məsləhət xidmətləri göstərilib 03.06.20
Xaçmaz KOB İnkişaf Mərkəzində KOB-lara korporativ hüquq və kənd təsərrüfatına dair məsləhət xidmətləri göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün “Korporativ hüquq” mövzusunda fərdi məsləhət xidmətləri keçirilib.

2 gün davam edən məsləhət xidmətlərindən əsasən Quba, Xaçmaz və Şabran rayonlarından olan KOB-lar yararlanıblar. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.

Sahibkarların təsərrüfatlarında keçirilən “Kənd təsərrüfatı (bitkiçilik)” üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərindən yararlanıblar.

Powered by Froala Editor