Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Xızı rayonunda sahibkarlarla görüş keçirilib 26.05.26
Xızı rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə rayonda sahibkarlığın inkişaf imkanları müzakirə olunub, biznes subyektlərinin təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, turizm, xidmət və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Xızıda turizm və xidmət sektorunun inkişafı üçün imkanlar genişdir. Bu potensialdan istifadə etməklə ekoturizm, kənd turizmi və xidmət mərkəzlərinin inkişafına daha çox diqqət göstərilə bilər. Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət mexanizmlərinin genişləndirilməsi həm xidmət keyfiyyətinin yüksəlməsi, həm də bazar imkanlarının artması baxımından faydalı olacaqdır. 

Görüşdə sahibkarlarla fermer təsərrüfatının inkişafı və çörək sexinin genişləndirilməsinə maliyyə dəstəyinin göstərilməsi, torpaq sahəsinin sənədləşdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb. 

KOBİA nümayəndələri həmçinin, Xızıda çörək istehsalı müəssisəsində olub, sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Powered by Froala Editor