Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Yaponiya ilə KOB sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub 22.11.19
Yaponiya ilə KOB sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

21-22 noyabr tarixlərində Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu iclası keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan-Yaponiya iqtisadi əlaqələri, o cümlədən KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

KOBİA nümayəndə heyəti səfər çərçivəsində KOB sektorunda əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə Yaponiyanın bir sıra qurum və təşkilatlarında görüşlər keçirib.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin, Kiçik və Orta Sahibkarlıq Agentliyinin (SMEA) nümayəndələri ilə keçirilmiş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Azərbaycanın biznes mühiti vəinvestisiya imkanları, eləcə də KOB sahəsində əməkdaşlıq perspektivlərinə dair Yaponiya tərəfini maraqlandıran suallar cavablandırılıb.

KOBİA nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirən Yaponiya tərəfi SMEA-nın fəaliyyəti, eləcə də Yaponiyanın sahibkarlığı dəstəkləyən digər təşkilatları barədə məlumat verib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə KOBİA və SMEA arasında əməkdaşlığa, Yaponiyada KOB-lara dəstək məqsədilə tətbiq olunan texnika və texnologiyalar, maliyyə dəstəyi mexanizmləri, startaplar, biznes innovasiyalar sahəsində təcrübə mübadiləsinə, Azərbaycanın KOB subyektlərinin bu ölkəyə tanışlıq səfərlərinin təşkilinə, onlar arasında birbaşa əlaqələrin qurulması üçün birgə tədbirlərin və video konfransların keçirilməsinə, KOB-ların iştirakı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə dair müzakirələr aparılıb.

KOBİA nümayəndələrinin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyində (JICA) və Xarici Ticarət Təşkilatında (JETRO) təşkil olunmuş görüşlərində KOBİA-nın fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat verilib, KOB-ların maliyyələşdirilməsi, birgə tədbirlərin təşkili və KOB-lar üçün yeni dəstək mexanizmlərinin tətbiqi sahəsində texniki dəstəyin göstərilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Yaponiyanın Kiçik və Orta Sahibkarlara Dəstək Təşkilatı (“SME Support Japan”) ilə keçirilmiş görüşdə isə qurumun fəaliyyəti, eləcə də xarici tərəfdaşların tapılması üçün tətbiq olunan elektron platforma barədə məlumat verilib, bu platformadan Azərbaycan KOB-larının istifadə edə biləcəyi diqqətə çatdırılıb, birgə tədbirlərin təşkili və sahibkarların əlaqələndirilməsi üçün müvafiq addımların atılması barədə razılıq əldə edilib.

Powered by Froala Editor