Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Yaşıl biznes necə olmalıdır? 13.05.25
Yaşıl biznes necə olmalıdır?

Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər ətraf mühitə dost olur. Yəni su, enerji və torpaq kimi resurslardan, xammaldan səmərəli istifadə edir, az tullantı yaradır və tullantıları düzgün idarə edir, ekologiyaya zərər vermir, ekoloji təmiz xammal və materiallardan istifadə edir, ekoloji təmiz məhsul və xidmətlər istehsalına üstünlük verir. Bir sözlə, yaşıl biznes gəlir əldə edərkən ətraf mühiti və cəmiyyətin rifahını düşünür. Yaşıl biznes modelinə əsaslanan müəssisələrdə yaşıl prinsiplər bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiya edir. Bu baxımdan şirkətlər yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və siyasətlər hazırlayır və tətbiq edir, mütəmadi olaraq bu istiqamətdə monitorinq aparır və prosesi təkmilləşdirir.



Powered by Froala Editor