Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!
Yaşıl iqtisadiyyata töhfə verəcək KOB klaster şirkəti yaradılıb 10.10.25
Yaşıl iqtisadiyyata töhfə verəcək KOB klaster şirkəti yaradılıb

Müəssisədə ekoloji təmiz sürtkü yağları istehsal ediləcəkdir.

 

Ölkədə ikinci “KOB klaster şirkəti” - “Naturaoil KOB klaster şirkəti” MMC yaradılıb. “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Naturaoil KOB klaster şirkəti” MMC-nin rəhbərliyi arasında görüş keçirilib, KOB klaster şəhadətnaməsi şirkətə təqdim olunub.


KOB klaster şirkəti Sumqayıt şəhərində nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaqdır.  


Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur.  İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır. 


Hazırda 10 mikro və kiçik sahibkar KOB klaster şirkətinin iştirakçısıdır. Sumqayıt şəhəri və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlar şirkətə müraciət edə bilərlər. 


KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün KOBİA tərəfindən müvafiq sənədlərin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması və s. istiqamətlərdə dəstək göstərilib. 


Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcəkdir. 

Powered by Froala Editor