Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Yerli KOB-ların layihələri investisiya cəlb etmək məqsədilə Səudiyyə Ərəbistanının iş adamlarına təqdim edilib 12.06.23
Yerli KOB-ların layihələri investisiya cəlb etmək məqsədilə Səudiyyə Ərəbistanının iş adamlarına təqdim edilib

Azərbaycan və Səudiyyə Ərəbistanından olan iş adamlarının iştirakı ilə keçirilən dəyirmi masada yerli sahibkarların potensial investisiya layihələrinin təqdimatı keçirilib, hər iki ölkənin iş adamları arasında birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. 


Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası və Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dəyirmi masa təşkil olunub. Tədbirdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil, eləcə də hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən dəyirmi masanın məqsədi Azərbaycan sahibkarlarının layihələrinə investisiya cəlb etmək, hər iki ölkənin iş adamları arasında birgə layihələrin icrasını təşviq etmək, ölkəmizdə fəaliyyət göstərən xüsusi iqtisadi zonaların imkanlarını və burada biznes subyektləri üçün nəzərdə tutulan güzəştləri diqqətə çatdırmaqdır.


Tədbir çərçivəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə, eləcə də daşınmaz əmlak, xidmət, yüngül və qida sənayesi üzrə yerli KOB-ların potensial investisiya layihələrinə dair təqdimatlar keçirilib, Səudiyyə Ərəbistanından olan iş adamlarının sualları cavablandırılıb. 

 

Powered by Froala Editor