Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
Yerli şirkətlər investisiya layihələrini Səudiyyə Ərəbistanın müvafiq qurumuna təqdim ediblər 10.12.21
Yerli şirkətlər investisiya layihələrini Səudiyyə Ərəbistanın müvafiq qurumuna təqdim ediblər

Dekabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə investisiya əməkdaşlığına dair Azərbaycan-Səudiyyə Ərəbistanı Dəyirmi Masası təşkil olunub.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AZPROMO-nun nümayəndəsi Zöhrab Qədirov Azərbaycana investisiya qoyuluşu imkanları, eləcə də hər iki qurum tərəfindən xarici investorlara göstərilən dəstək və xidmətlər barədə məlumat veriblər.

Dəyirmi masada 10-a yaxın Azərbaycan şirkəti potensial layihələrini Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrin rəhbərlik etdiyi nümayəndə heyətinə təqdim edib, əməkdaşlığa və potensial layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.

Powered by Froala Editor