Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay”
Agentlik

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsis edilib. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiq olunub. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılib. Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılıb. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi beş üzvdən ibarət olan İdarə Heyəti həyata keçirir.

Agentliyin strukturuna daxildir:

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatı

- Kiçik və orta biznes evləri

- Kiçik və orta biznesin inkişafı mərkəzləri

- Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi

- Kiçik və orta biznesin inkişafı fondları.