Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır KOBİA Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclasında təmsil olunub Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb Sahibkarlar vahid məkanda xidmətlərdən istifadəyə üstünlük verir Elan 55 onlayn mağaza, 700 adda məhsul: www.kobmarket.az istifadəçilərinin sayı artır Serbiyanın Azərbaycandakı səfiri KOBİA-da olub
Bazarlara çıxış

Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir. 


İxtisaslaşmış sərgilərdə iştirak etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri Agentliyin info@smb.gov.az elektron poçt ünvanına və ya www.smb.gov.az saytı üzərindən birbaşa (https://smb.gov.az/az/contact-form/aze-citizen) müraciət edə bilərlər. 


Daxil olmuş müraciətlərə Agentlikdə baxılır və təhlil olunur, müraciətçi tərəfindən məhsul və xidmətlər barədə təqdim edilmiş məlumatlar müvafiq informasiya bazasına daxil edilir. Agentliyin dəstəyi və ya iştirakı ilə keçirilən sərgilər olduqda müraciətçinin fəaliyyət istiqamətinə uyğun olaraq müvafq sərgidə iştirakına dəstək göstərilir. 

Powered by Froala Editor

Sahibkarların məhsullarının satışına dəstək məqsədilə onlayn satış platforması – www.kobmarket.az fəaliyyət göstərir.   

 

Agentliyin dəstəyi ilə yaradılmış portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb.

 

Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.

 

www.kobmarket.az portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. 

Sahibkarlıq subyektlərinin www.kobmarket.az portalı ilə bağlı hər hansı sualı yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər. 

 

www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.

Powered by Froala Editor