Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək 26.10.2020
Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək



Oktyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Sosial sahibkarların beynəlxalq onlayn Forumu"na ev sahibliyi edəcək. Forumun məqsədi sosial inkişaf üçün sosial sahibkarlığın innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Onlayn tədbir zamanı iştirakçılar ABŞ, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini eşidəcəklər. Eyni zamanda forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq.

Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək verəcək.

Onlayn forum barədə ətraflı məlumat üçün “Education HUB” şirkətinə müraciət etmək olar: (+994 55) 275 77 57, eduhub.az@gmail.com.