Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
2-ci qrant müsabiqəsinə 200 müraciət daxil olub 22.12.21
2-ci qrant müsabiqəsinə 200 müraciət daxil olub

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqəyə 200 müraciət daxil olub. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü isə orta sahibkarlıq subyektlərinə məxsusdur. Təqdim olunmuş layihələrin əksəriyyəti dəstək sahəsi üzrədir. Hazırda layihələr Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilir. Nəticələr 2022-ci ilin 10 fevral tarixindən sonra KOBİA-nın www.smb.gov.az saytı vasitəsilə açıqlanacaqdır. Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaqdır. 

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə 2021-ci ildən başlanılıb. Bu məqsədlə keçirilmiş ilk qrant müsabiqəsi çərçivəsində KOB subyektlərinin 15 layihəsi maliyyələşdirilib. Dəstək mexanizmi barədə ətraflı məlumat üçün: https://bit.ly/3mjXLsa 

Powered by Froala Editor