Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
2023-cü ilin 9 ayında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib 06.11.23
2023-cü ilin 9 ayında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib

Cari ilin ötən doqquz ayında sahibkarlar KOB evlərinə daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük və digər xidmətlər üçün müraciət ediblər. 


2023-cü ilin yanvar-sentyabr aylarında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 224 mindən çoxu “Bakı KOB evi”nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin, 17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşür. 

Xidmətlərin 271 mindən çoxu dövlət qurumları (“G2B”), 14 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.   

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər. 

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. 

Qeyd edək ki, KOB evlərində sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətləri göstərilir. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara dövlət və özəl qurum tərəfindən 300-dən çox “G2B” və 100-ə yaxın “B2B” xidmətlər təqdim edilir. 

Powered by Froala Editor