Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
Ağsuda KOB dostu fəaliyyətə başlayıb 14.02.23
Ağsuda KOB dostu fəaliyyətə başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib.

Görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır. 

Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların və biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir çərşivəsində sahibkarlara yerində dəstək göstərilməsi məqsədilə fəaliyyətə başlayan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Ağsu KOB dostu Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü KOB dostudur. Ümumilikdə KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda ölkənin 39 şəhər və rayonunu əhatə edir. 

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edib. Bildirilib ki, KOB dostları mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir. Ağsu rayonunun biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılması üçün KOB dostlarının dəstəyini vurğulayıb, sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib. 

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların inkişaf etdiyini və rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Qeyd olunub ki, Ağsuda fəaliyyətə başlayan KOB dostu sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır. 

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu ofisi ilə tanış olublar. KOB dostu ofisində sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Daha sonra “Ağsu aqropark”ı ilə tanışlıq olub. Qeyd edək ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqropark 2018-ci ildən fəaliyyət göstərir. Hazırda aqroparkda 200-ə yaxın daimi işçi çalışır. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. “Ağsu aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. Aqroparkla tanışlıq çərçivəsində sahibkarla ehtiyaclarına və məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi də aparılıb. 

Powered by Froala Editor