Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! 30.12.23
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə Biznes Əməkdaşlığı” Proqramı ("Partnering in Business with Germany") çərçivəsində 2024-cü il üçün 

 

MÜSABİQƏ ELAN EDİR

 

Mövzu: “İqtisadi kooperasiya” 


Proqramın dili: İngilis dili


Proqram sahibkarlar, özəl və dövlət şirkətlərinin mütəxəssis və menecerləri üçün nəzərdə tutulur. Proqramın ümumi müddəti 7 ay təşkil edir və aşağıdakı mərhələlərdən ibarətdir:


- Onlayn təlim mərhələsi: 6 həftə; 


- Almaniyada təlim və təcrübə: 2 həftə;


- Praktiki icra mərhələsi: 5 ay;


- Şəbəkələşmə tədbiri: 2 gün.


Təlimi uğurla başa vuranlara Almaniya tərəfinin müvafiq sertifikatı təqdim edilir.


Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində KOBİA-nın training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:


- Müraciət forması (Application Form);


- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin tövsiyə məktubu;


Sənəd qəbulu 31 yanvar 2024-cü il tarixinədək davam edəcək.


Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, training@smb.gov.az


Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir. İştirakçılar Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında seçilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır. 

Powered by Froala Editor