Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
Almaniyanın Menecerlərin Təlim Proqramına Azərbaycandan daha çox iştirakçının qatılması barədə razılıq əldə olunub 01.11.23
Almaniyanın Menecerlərin Təlim Proqramına Azərbaycandan daha çox iştirakçının qatılması barədə razılıq əldə olunub

Azərbaycan üzrə proqramın əlaqələndiricisi olan KOBİA-nın nümayəndələri proqramın 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak ediblər. 

Azərbaycanda da uğurla tətbiq olunan Menecerlərin Təlim Proqramının bu il 25 illiyidir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Berlində proqramın 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak ediblər. 

Qeyd edək ki, Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən proqram Azərbaycanla bərabər 19 ölkəni əhatə edir. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan biznes menecerlər idarəetmə bacarıqlarının inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlərə qatılır, intensiv onlayn və oflayn təlimlər keçirlər. Bu proqram iqtisadiyyatın müxtəlif sektorlarının, o cümlədən yüksək texnolgiyaya əsaslanan istehsal və xidmət sahələrini dərindən öyrənmək və inkişaf etdirmək üçün imkanlar təqdim edir. Təlimlərə qoşulan özəl sektor nümayəndələri rəqəmsal və “yaşıl iqtisadiyyat”, səhiyyə, “Sənaye 4.0”, standartlaşma, “ağıllı kənd təsərrüfatı” kimi müxtəlif sahələrdə idarəetmə bacarıqlarını və beynəlxalq əməkdaşlıq imkanlarını inkişaf etdirirlər. Azərbaycan 2009-cu ildən proqramın aktiv iştirakçılarındandır. İndiyədək Azərbaycan üzrə proqramdan 600-ə yaxın sahibkar və menecer faydalanıb. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi və GİZ nümayəndələri ilə görüşdə proqramın növbəti il üçün fəaliyyət planını müzakirə edib, Azərbaycandan olan iştirakçıların sayının artırılması, iqtisadiyyatımız üçün potensial sahələr üzrə təlimlərin təşkili barədə razılıq əldə edib. 

Proqramın 25 illiyinə həsr olunan tədbirdə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən proqram üzrə nəzərdə tutulan yeniliklər barədə məlumat verilib. 

Powered by Froala Editor