Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
AQEM-ə üzv ölkələr KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dair təcrübələrini bölüşüblər 06.02.26
AQEM-ə üzv ölkələr KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dair təcrübələrini bölüşüblər

KOBİA və AQEM Katibliyinin təşkilatçılığı ilə məlumatlandırma və təcrübə mübadiləsi məqsədilə seminar keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “KOB-ların yaşıl iqtisadiyyat təcrübələrinin tətbiqinə dair siyasət və praktiki yanaşmalar” mövzusunda onlayn seminar təşkil olunub.

Tədbirə Azərbaycan, Qazaxıstan, İordaniya, Türkiyə, Rusiya, Banqladeş, İsrail, Kamboca, Tayland və digər ölkələrdən müvafiq sahədə ixtisaslaşmış qurumların nümayəndələri və ekpertlər qatılıblar.  

Müvafiq ölkələrin nümayəndələri tərəfindən seminarda KOB-ların yaşıl transformasiyası, bu istiqamətdə müxtəlif ölkələrin prioritetləri və siyasət gündəliyi, yaşıl fəaliyyətə keçidi dəstəkləyən dövlət alətləri, hədəfli proqramlar, yaşıl prinsiplərin sahibkarların gündəlik fəaliyyətinə inteqrasiyasına dair təqdimatlar keçirilib. Təqdimatlarda KOSGEB və JEDCO kimi ixtisaslaşmış qurumların təcrübəsi, biznes assosiasiyalarının və özəl sektorun yanaşmaları da əhatə olunub. 

Tədbirdə dayanıqlı iqtisadi inkişafın təmin olunmasında KOB-ların roluna, yaşıl keçidin əhəmiyyətinə və ekoloji cəhətdən məsuliyyətli biznes modellərinin təşviqinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və KOB-ların “yaşıl iqtisadiyyat”a inteqrasiyası üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Powered by Froala Editor