Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
“ARB24”də sahibkarlar üçün yeni veriliş - “Biznes büro” başlayır 03.03.23
“ARB24”də sahibkarlar üçün yeni veriliş - “Biznes büro” başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ARB24” telekanalının birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici televiziya layihəsinə start verilir. Martın 5-dən etibarən “ARB24”də “Biznes büro” verilişi efirdə olacaq. 

 

Verilişin məqsədi ölkəmizdə sahibkarlıqla məşğul olan biznes subyektlərini mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər, biznes sahəsində imkanlar və layihələr barədə məlumatlandırmaqla onların biznes savadlılığının artırılmasına dəstək olmaqdır. Bu məqsədlə “Biznes büro” verilişində sahibkarlıq fəaliyyəti ilə bağlı aktual məsələlər aidiyyəti qurumların nümayəndələri ilə birgə müzakirə ediləcək, sahibkarları maraqlandıran suallar yerində cavablandırılacaq. 

 

Hər həftənin bazar günü saat 18.20-də efirdə olacaq verilişin təkrarını KOBİA-nın və “ARB24”ün sosial media hesablarından izləmək mümkün olacaq. 

 

“Biznes büro” verilişinin “KOB-lara dəstək, gömrük sistemində yeniliklər” mövzusuna həsr olunmuş ilk buraxılışını martın 5-də “ARB24”də izləyə bilərsiniz. 

 

Qeyd edək ki, sahibkarların maarifləndirilməsi məqsədilə indiyədək KOBİA-nın tərəfdaşlığı ilə “ASAN radio”da “KOB dostu” və “Sahibkar vaxtı” verilişləri yayımlanıb.  

 


Powered by Froala Editor