Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!
Argentinanın Azərbaycandakı səfiri ilə KOBİA-da görüş keçirilib 19.10.20
Argentinanın Azərbaycandakı səfiri ilə KOBİA-da görüş keçirilib

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Ermənistanın 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı hərbi təxribatı barədə məlumat verilib. Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələrinə baxmayaraq, torpaqlarımız 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın Azərbaycana qarşı davam edən son hərbi təxribatında əsas hədəf mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir.10 oktyabr tarixində tərəflər arasında əldə olunan humanitar atəşkəsə baxmayaraq, oktyabrın 11-də və oktyabrın 17-də Ermənistan Azərbaycanın Gəncə şəhərinə raket atıb və nəticədə mülki şəxslər, o cümlədən uşaqlar həlak olub və yaralanıb. Həmçinin, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın sahibkarlıq subyektlərinə, xüsusilə də KOB subyektlərinə xeyli ziyan dəyib. Hazırda KOBİA sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində məlumatların toplanması və zərərin yerində öyrənilməsi istiqamətində tədbirlər görür. İndiyədək KOBİA-ya Ermənistanın təxribatı nəticəsində ailə təsərrüfatı, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən 200-ə yaxın sahibkara ziyanın dəyməsi barədə məlumatlar daxil olub.

Görüşdə KOBİA sədri Azərbaycan və Argentinanın sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, hər iki ölkənin bu sahədə böyük potensiala malik olduğunu bildirib. Agentliyin kiçik və orta sahibkarlığın inkişafı sahəsində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində Argentinanın bu sahədə fəaliyyət göstərən müvafiq qurumları ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Orxan Məmmədov pandemiya şəraitində KOB-ların dəstəklənməsi məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri, KOBİA-nın bu sahədə fəaliyyəti barədə də məlumat verib.

Səfir Qunella baş vermiş hadisələr nəticəsində mülki şəxslərin həlak olması və yaralanmasından təəssüfləndiyini bildirib. Ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin xarici investorlar üçün cəlbediciliyini vurğulayan səfir pandemiyanın KOB-lara mənfi təsirinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüş çərçivəsində həmçinin, Azərbaycanda kənd təsərrüfatı, qida emalı, bərpa olunan enerji sahələrində müştərək müəssisələrin yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb, daşınmaz əmlak, əczaçılıq, turizm, İKT, dövlət-özəl tərəfdaşlığı və digər sahələrdə potensial investisiya layihələrinin mübadiləsinə, KOBİA ilə Argentinanın KOB-ların inkişafına dəstək sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.

Powered by Froala Editor