Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
“Arşın mal alan” satış-sərgi yarmarkası keçirilir 05.08.22
“Arşın mal alan” satış-sərgi yarmarkası keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub. 

 

İlk dəfədir keçirilən tədbirin məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. 

 

Yarmarkada 90-a yaxın biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunur. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunub, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılıb. Konsert proqramı ilə müşayiət olunan yarmarkada uşaqlar üçün master klaslar və s. əyləncəli tədbirlər də təşkil olunacaqdır. 

 

Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində önəmi barədə fikirlərini bölüşüblər. 

 

Yarmarka avqustun 7-dək davam edəcəkdir. 

 

Tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, informasiya dəstəkçiləri isə Xəzər Media Mərkəzi, “Trend” müstəqil informasiya agentliyi (trend.az) və big.az xəbər portalıdır. 

Powered by Froala Editor