Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Sahibkarlar Günü"nə həsr olunmuş film “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib Ağdaşda sahibkarların qəbulu keçiriləcək İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub "Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb 10.03.23
Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində kənd qonaq evləri lazımi avadanlıqlarla təmin edilib.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində Astara, Lerik və Lənkəran rayonlarında kənd sakinlərinə məxsus 17 ev kənd qonaq evi kimi fəaliyyətə başlayıb. Qonaq evlərindən 6-sı Astara, 8-i Lerik və 3-ü Lənkəran rayonunda yerləşir. Layihə çərçivəsində kənd qonaq evləri özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilib. 

17 kənd sakini biznes və turizmlə bağlı, o cümlədən biznes planın yazılması, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti, satış, qonaq qarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, qonaq evlərində təhlükəsizlik qaydaları, qidalanmanın təşkili, sosial medianın idarəedilməsi mövzularında təlimlərə cəlb olunub. Eyni zamanda onlara biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə kənd qonaq evlərinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsinə 2021-ci ildə start verilib və ilk olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib. Layihənin ikinci mərhələsi üzrə isə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından meyarlara uyğun olanlar seçilib. Ümumilikdə Quba- Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə 50 kənd qonaq evi yaradılıb. 

Powered by Froala Editor