Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Atmosfer havasının mühafizəsi ilə bağlı sənaye və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 28.08.24
Atmosfer havasının mühafizəsi ilə bağlı sənaye və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.

“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə atmosfer havasının mühafizəsi sahəsində sahibkarların maarifləndirilməsi məqsədilə görüş keçirilib.

ETSN-nin müvafiq qurumlarının iştirakı ilə təşkil olunan tədbirdə sənaye və ictimai-iaşə (restoran, şadlıq evi) sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə çıxış edərək fikirlərini bölüşüb, eyni zamanda Nazirliyin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi və fiziki şəxslər atmosferə atılan tullantıların qarşısını almalı, onların zərərsizləşdirilməsi təmin olunmalı, az tullantılı və tullantısız texnologiyalar tətbiq edilməli, bu sahədə normativlərə əməl olunmalıdır. Həmçinin sahibkarların diqqətinə çatdırılıb ki, sənaye və ictimai iaşə obyektlərində qaz-toz tutucu qurğuların quraşdırılması, bu qurğulara mütəmadi texniki xidmətin göstərilməsi və filtrlərin təmizlənməsi, atmosferə atılan tullantılarla bağlı uçot və hesabatın aparılması, məlumatların regional ekologiya və təbii sərvətər idarəsinə təqdim edilməsi vacibdir. 

Görüş çərçivəsində biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb. 

Powered by Froala Editor