Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? 05.08.26
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

Sahibkarlar üçün sahəvi görüşlər və maarifləndirici tədbirlər ölkənin müxtəlif regionlarını əhatə edəcək.

Avqust ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı, Mingəçevir, Kəlbəcər, Lənkəran, Şəki, Samux, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər təşkil olunacaq.

Onlayn və oflayn formatlarda baş tutacaq görüşlər balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı, ISO standartları və keyfiyyətin idarə edilməsi, heyvandarlıq və arıçılığın inkişafı, özünüməşğulluq proqramının yaratdığı biznes imkanları, turizm, kiçik həcmli qayıqların istehsalı və istismarı, rəqəmsal həllərin biznesdə tətbiqi, istixana fəaliyyəti, kommunal xidmətlərə qoşulma, eləcə də karbon izinin azaldılması mövzularını əhatə edəcək.

Görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı son yeniliklər, müvafiq sahələrdəki imkanlar və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verəcək, biznes subyektlərini maraqlandıran sualları cavablandıracaqlar. 

Sahibkarlar avqust ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus  

Powered by Froala Editor