Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib 25.11.25
Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

Tədbirdə Biznes Şura çərçivəsində iş adamları arasında əməkdaşlığın inkişafına və ortaq layihələrin reallaşdırılmasına, qarşıdakı dövrdə şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 


Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər və hər iki ölkədən iş adamları iştirak ediblər. Biznes Şuranın iclasına Azərbaycan tərəfindən turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və s. kimi sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin və biznes assosiasiyanın nümayəndələri qatılıblar. 


Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın həmsədrləri - Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Məhəmməd bin Cövher Əl Məhəmməd çıxış ediblər. Çıxışlarda Azərbaycan-Qətər arasındakı iqtisadi-ticarət əlaqələri, əməkdaşlığın genişləndirilməsi perspektivləri, işgüzar dairələrin iştirakı ilə birgə layihələrin və təşəbbüslərin reallaşdırılması imkanları barədə məlumat verilib. 

Biznes Şurasının iclası çərçivəsində həmçinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və “Qətər Turizm” tərəfindən müvafiq olaraq Azərbaycanın və Qətərin biznes və investisiya imkanlarına, Ələt iqtisadi zonasının fəaliyyətinə dair təqdimatlar edilib. 

Həmçinin, Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında “B2B” görüşlər də keçirilib. 

Səfər çərçivəsində KOBİA nümayəndələri Qətər İnkişaf Bankının baş direktoru Əbdürrəhman bin Hişam Əl-Süveydi ilə görüşüb. Görüşdə işgüzar dairələrin iştirakı ilə müxtəlif sektorlarda əməkdaşlıq imkanlarına, KOB-ların maliyyələşdirilməsi alətlərinə dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor