Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Azərbaycan “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Qlobal İnnovasiya İndeksində 2-ci yerdə 01.10.25
Azərbaycan “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə  Qlobal İnnovasiya İndeksində 2-ci yerdə

Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Azərbaycan 139 ölkə arasında 2-ci sırada qərarlaşıb. Bu göstərici müvafiq hesabatda ölkəmizin 80-ə yaxın alt-indikator üzrə ən güclü mövqeyi kimi qiymətləndirilib.

“Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Azərbaycanla bağlı məlumatların hesabatda əks olunması və bu göstərici üzrə mövqeyin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupu çərçivəsində müvafiq tədbirlər görülüb. Bu məqsədlə “Global Entrepreneurship Monitor” (GEM) platforması ilə əlaqə saxlanılaraq, Azərbaycanın sorğuda iştirakı üçün tələb olunan təşkilati prosedurlar həyata keçirilib. Təqdim olunmuş məlumatlar GEM platforması tərəfindən qəbul edilib və “Qlobal İnnovasiya İndeksi 2025”də “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Azərbaycanla bağlı məlumat əks olunub.

Qeyd edək ki, Qlobal İnnovasiya İndeksinin əvvəlki buraxılışlarında “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Azərbaycan dair məlumat mövcud deyildi. İndikator GEM platformasının həyata keçirdiyi Milli Ekspert Sorğusuna əsaslanır. 

Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən dərc olunan ölkələrin innovasiya imkanlarına və uğurlarına görə illik reytinqidir. Qlobal İnnovasiya İndeksi 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəflərini göstərir. 2007-ci ildən etibarən Qlobal İnnovasiya İndeksi ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, siyasətlərin təkmilləşdirilməsi və onların effektivliyinin artırılması üzrə etibarlı mənbə hesab olunur. 

 

Powered by Froala Editor