Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Azərbaycan startapı dünyanın nüfuzlu təhsil layihələri yarışmasında 24.11.23
Azərbaycan startapı dünyanın nüfuzlu təhsil layihələri yarışmasında

Azərbaycanın “Unibroad” təhsil startapı London şəhərində keçiriləcək Qlobal Təhsil Startapı Yarışmasında dünyanın ən yaxşı təhsil startapları ilə qalibiyyət uğrunda mübarizə aparacaq.

Bu yaxınlarda keçirilən dünyanın ən böyük startap müsabiqələrindən olan Qlobal Təhsil Startapı Yarışmasında (“Global EdTech Startups Awards” (GESA və ya GESAwards)) final mərhələsinə seçilmiş layihələr arasında Azərbaycanın “Unibroad” təhsil startapı da var.

“GESAwards” 2014-cü ildən qabaqcıl innovativ təhsil təşkilatları tərəfindən təsis olunmuş mükafatdır. Hər il bu mükafata dünyanın bütün qitələrindən 2000-dən çox layihə təqdim olunur və hər regiondan yalnız bir qalib final mərhələsinə vəsiqə qazanır. Müsabiqənin final mərhələsi 2024-cü ilin 24 yanvar tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək. Məhdud sayda finalçı arasından seçiləcək 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri layihələrini maliyyələşdirmək üçün yüksək məbləğdə pul mükafatı, tanıtım və təlimlər istiqamətində dəstək əldə edəcək.

Qeyd edək ki, “Unibroad” təhsil startapına 2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib. Bu sənəd startapı müvafiq layihə üzrə əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Unibroad” təhsil startapı dünyanın 600-dən çox tanınmış qabaqcıl universitetləri ilə birbaşa müqaviləsi olan və tam avtomatlaşdırılmış bir platformadır. Bu təhsil platforması vasitəsilə gənclər ödənişsiz olaraq bakalavr və magistr dərəcələri üzrə təhsil proqramlarına 5 dəqiqə ərzində müraciət edə bilirlər. Startap gənclər üçün təqaüd proqramları da formalaşdırmaqdadır. “Unibroad” təhsil platforması patentləşdirilmiş və qlobal bazarda fəaliyyət göstərməkdədir. 

Powered by Froala Editor