Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir 20.07.23
Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir

Cari ilin mart ayında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

“Kuleko” MMC-nin layihəsi olan “Kuleko - yeni tipli külək enerjisi turbinlərin yaradılması” qalib gələn 13 layihənin sırasında yer alıb. 

“Kuleko” MMC-dən bildirilib ki, yeni külək qurğusu ənənəvi külək generatorlarından üfiqi oxlu olması və xüsusi stasionar panellərə (patent də bu panellərə alınıb) malik olduğu ilə fərqlənir. Belə ki, klassik şaquli oxlu külək generatorları “ventelyatora” oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni "küləyi tapmalıdır". Nəticədə belə generatorlar küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malk olmalıdırlar.

Yeni qurğu isə tamamilə fərqlidir və üfiqi şəkildə – yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur.

Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hazırda 2,5x2,5 metr minimal işlək modeli üzərində işlər gedir.

"Kuleko"nun iki modifikasiyası var – akkumlytorla (off-grid) və akkumlyatorsuz (on-grid). Akkumlyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur.

https://marja.az/105686/azerbaycan-startapi-yeni-tipli-kulek-enerjisi-turbinleri-teklif-edir 

Powered by Froala Editor