Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan və Polşanın startap ekosistemləri əlaqələrini gücləndirir 16.12.22
Azərbaycan və Polşanın startap ekosistemləri əlaqələrini gücləndirir

Dekabrın 16-da Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Polşa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, “Startup Hub Poland Foundation” və “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin birgə təşkilatçılığı ilə innovasiyalar üzrə Polşa-Azərbaycan seminarı keçirilib.


Tədbirdə innovasiyaların və startapların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi imkanları, o cümlədən Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı müzakirə edilib.  

 

Seminarda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov innovativ sahibkarlığın inkişafının Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsində əhəmiyyətli olacağını, birgə təşəbbüslərin hər iki ölkədən olan sahibkarlar, startaplar və investorlar arasında müvafiq platformaların yaradılmasına töhfə verəcəyini qeyd edib. Orxan Məmmədov yerli sahibkarların innovativ fəaliyyətinin stimullaşdırılması üçün KOBİA-nın dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi barədə də məlumat verib.

 

Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski “V4ATB” proqramına qoşulmuş Azərbaycan startaplarının təqdim etdiyi layihələrin maraqlı olduğunu, yerli startapların əsasən texnoloji və biznes tərəfdən hazırlıqlı olduqlarını vurğulayıb. Səfir proqramın 2023-cü ildə də davam etdiriləcəyinə əminliyini bildirib.   

 

“Startup Hub Poland Fondu”nun təsisçisi (“V4ATB” proqramının rəhbəri) Maciej Sadovski Polşanın startap ekosistemi və innovasiyaların dəstəklənməsi sahəsində mexanizmlər, eləcə də “V4ATB” proqramı barədə məlumat verib. 

 

“İdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin ("V4ATB”in Azərbaycan üzrə tərəfdaşı) təsisçisi Tural Kərimli mərkəzin fəaliyyəti və proqram barədə fikirlərini bölüşüb. 

 

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsləhətçisi İqor Ovçarenko da çıxış edib. 

 

Sonda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Startup Hub Poland Foundation” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Polşa və Azərbaycanın biznes ictimaiyyəti, startaplar və investorlar arasında müvafiq sahədə məlumat və təcrübə mübadiləsini, tədbirlərin təşkilini nəzərdə tutur. 

Powered by Froala Editor