Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Azərbaycan və Qazaxıstanın KOB subyektləri arasında əməkdaşlıq imkanları müzakirə edilib 04.03.21
Azərbaycan və Qazaxıstanın KOB subyektləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Martın 3-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə işgüzar görüş təşkil olunub. Dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə ölkələrimizin iqtisadi prioritetlərinə, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə, ticarət, investisiya, energetika, nəqliyyat, eləcə də mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

 

İşgüzar görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin Qazaxıstanın KOB sahəsində ixtisaslaşmış müvafiq qurumları və sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. KOBİA-nın Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı barədə məlumat verən Orxan Məmmədov hazırda tərəflər arasında 2019-cu ildə imzalanmış memoranduma uyğun olaraq qarşılıqlı əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlandığını bildirib. Vurğulanıb ki, bu yol xəritəsində iş adamları arasında “B2B” görüşlərin təşkili, KOB-ların dəstəklənməsi üçün ən yaxşı təcrübəyə dair məlumat mübadiləsi, bznes assosiasiyalar arasında qarşılıqlı məsləhətləşmələr kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur. İşgüzar görüşdə KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə də məlumat verilib, yerli və Qazaxıstandan olan iş adamlarının birgə biznes layihələr həyata keçirməsinə Agentliyin dəstək və xidmətlər göstərə biləcəyi diqqətə çatdırılıb.


Powered by Froala Editor