Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır İnnovativ startaplar yerli bazarı hərəkətləndirir II HİSSƏ Seçim sadədir: Yerli istehsal olmalı, məhsulu istehsalçı özü satmalı, məhsullar təzə və keyfiyyətli olmalıdır İnnovativ startaplar yerli bazarı hərəkətləndirir KOBİA tərəfindən maarifləndirici flayer və bukletlər hazırlanıb Kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında çalışan sahibkarların müraciətlərinə baxılıb Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması” mövzusunda panel müzakirə keçirilib "CBC FM"in "İqtisadi həftə" verilişi
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib 15.06.19
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

Azərbaycan və Rusiyanın kiçik və orta biznes (KOB) subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində təşkil olunmuş dəyirmi masada Azərbaycan və Rusiya arasında xüsusilə sərhədyanı bölgələrdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları, KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentiyinin (KOBİA) və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada Dağıstanın İqtisadiyyat və ərazi inkişaf nazirinin müavini Hacıamin Ramaldanov, "Dağıstanın İnkişafı Korporasiyası" ASC-nin baş direktoru vəzifəsini icra edən Rinat Turabov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və “Binə Aqro” MMC-nin nümayəndələri, eləcə də Azərbaycan və Rusiya tərəfindən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın inkişafının Azərbaycan və Rusiya üçün prioritet olduğunu, hər iki ölkənin iqtisadiyyatının inkişafında KOB-ların rolunun artdığını və sahibkarların bir sıra dəstək mexanizmlərindən yararlandığını qeyd edib. Bildirilib ki, KOBİA kiçik və orta sahibkarlar arasında sərhədyanı əməkdaşlığın genişləndirilməsində böyük potensial görür və yerli şirkətlər bu sahədə əməkdaşlığa təşviq olunur.

Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman Rusiyada kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və dəstək tədbirləri, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq imkanları barədə danışıb, sərhədyanı əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Dəyirmi masada Azərbaycan və Rusiyanın KOB subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair bir sıra təkliflər səsləndirilib, qarşılıqlı biznes missiyaların təşkili barədə təklif sahibkarlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dəyirmi masa 2018-ci ildə KOBİA və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası” arasında imzalanmış Anlaşma Memorandumu və Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası məqsədilə təşkil edilib. İlk belə dəyirmi masa 2018-ci ildə Bakıda təşkil olunmuş 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilib.

Powered by Froala Editor