Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər 16.05.25
Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını  müzakirə ediblər

Əməkdaşlıq görüşündə sahibkarlıq fəaliyyəti üzrə təcrübə mübadiləsi aparılıb, birgə layihələrin icrasına və investisiya imkanlarına dair təkliflər səsləndirilib.

Türkiyənin “Gənc MÜSİAD” təşkilatının Konya və Qaziantep şöbələrinə üzv olan gənc iş adamları Bakıda işgüzar səfərdədirlər. Səfər çərçivəsində “Gənc MÜSİAD Azərbaycan”ın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan və Türkiyənin gənc iş adamlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib. 

Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “Gənc MÜSİAD Azərbaycan” təşkilatının sədri Akif Başoğlu, təşkilatın Konya şöbəsinin sədri Asım Elliki və Qaziantep şöbəsinin sədri Furkan Bozkurt çıxış edərək, hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, ortaq biznes layihələri, startap ekosistemlərinin inkişafı, qarşılıqlı investisiya qoyuluşu imkanları, sahibkarlıq sahəsində təcrübə mübadiləsi və gələcəkdə birgə platformaların yaradılması ilə bağlı fikir və təkliflərini bölüşüblər. 

Ölkəmizdə sahibkarlığa, xüsusilə də KOB-lara göstərilən dəstək, KOBİA-nın xidmətləri barədə Agentlik tərəfindən təqdimat keçirilib, Türkiyənin iş adamlarının sualları cavablandırılıb, ölkəmizin biznes və investisiya mühiti barədə film nümayiş olunub.

Sonda tədbir iştirakçıları arasında “B2B” formatında ikitərəfli görüşlər təşkil olunub.

İş adamları sahibkarlara vahid məkanda xidmət mərkəzi olan “Bakı KOB evi”nin fəaliyyəti, burada göstərilən xidmətlərlə də tanış olublar. 

Powered by Froala Editor