Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycanda biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib 27.04.22
Azərbaycanda biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda şirkətlərin rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İƏİT üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak ediblər.  

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Jerar Odaz və digərləri çıxış edib, “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı keçirilib və müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında İƏİT-nin Azərbaycanda KOB-ların rəqəmsallaşdırılması sahəsində təşəbbüslərinin önəmini vurğulayıb, bu sahədə ölkədə görülən işlər, həmçinin KOB-larla bağlı prioritetlər barədə danışıb. Qeyd edilib ki, iqtisadi inkişafda vacib rol oynayan KOB-lar ölkədə sahibkarlıq subyektlərinin böyük əksəriyyətini təşkil edir və onların müasir trendlərə uyğun inkişafı, o cümlədən rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Pandemiya KOB-ların fəaliyyətinə mənfi təsir göstərib və rəqəmsallaşmanı daha da aktuallaşdırıb. Bütün bunlar nəzərə alınmaqla hökumət tərəfindən rəqəmsallaşmanın geniş tətbiqinə xüsusi diqqət göstərilir. Orxan Məmmədov KOBİA-nın KOB-ların rəqəmsallaşması, Agentlik tərəfindən onlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Powered by Froala Editor