Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub 12.05.23
Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub

Əbu-Dabidə keçirilən 12-ci İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunan sərgidə "Invest in Azerbaijan" stendi ilə çıxış edən Azərbaycanın investisiya potensialı nümayiş olunub.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində 12-ci İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AİM) keçirilib. Toplantı çərçivəsində Azərbaycanın investisiya imkanlarına dair təqdimat keçirilib. Rəsmi şəxslərin, iş adamları və investorların iştirak etdiyi Azərbaycanın ölkə təqdimatında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verilib.

Eyni zamanda, Azərbaycan sözügedən toplantı çərçivəsində təşkil olunmuş sərgidə "Invest in Azerbaijan" stendi ilə təmsil olunub. AZPROMO və KOBİA-nın birgə təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendimizdə həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin turizm potensialı təqdim edilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.

Powered by Froala Editor