Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!
Azərbaycanlı startapçı: “Qida israfını aradan qaldıra bilən platforma təqdim edəcəyik” 18.01.24
Azərbaycanlı startapçı: “Qida israfını aradan qaldıra bilən platforma təqdim edəcəyik”

Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib ki, bununla da  onların sayı 123-ə çatıb. Yeni “Startap” şəhadətnaməsi almış KOB subyektlərindən biri də qida zənciri prosesini optimallaşdıran platforma və mobil tətbiq hazırlayan "Alfa Hospitality" MMC-dir.

Bir sıra Qərb ölkələrində buna bənzər layihələrin olduğunu deyən MMC-nin direktoru Naib Əhmədzadə bildirib ki, dünyada sırf onların yaratmaq istədikləri kimi layihə yoxdur. Təxminən 2 aya hazır olacaq bu platforma qida zəncirinin bütün üzvlərini bir araya toplayacaq və burada təxminən 6-7 adda xidmət təqdim ediləcək: “Bu platforma imkan verəcək ki, biz məhsulu 2-ci əldən deyil, 1-ci əldən alaq. Fermerlər öz məhsullarını vasitəçilərsiz, təqdim edəcəyimiz platforma vasitəsilə birbaşa olaraq hotellərə, restoranlara, böyük holdinqlərə sata biləcəklər”.

N.Əhmədzadə əlavə edib ki, istifadəçilər platforma vasitəsilə qida məhsullarının qiymətlərini analiz edə biləcəklər: “İstifadəçilər evdən marketlərdəki məhsulların qiymətlərinin analizlərini apara biləcəklər. Platforma istehlakçılara fərdi aylıq siyahı yaratmaq imkanı verir və onlar bu siyahı əsasında aylıq qida büdcəsi yaratmaq imkanı əldə edə biləcəklər. Vətəndaş öz büdcəsini və istehlak etmək istədiyi qidaların adlarını qeyd etdikdən sonra platforma həmin büdcəyə uyğun reseptlər təqdim edir və müvafiq qiymət büdcəsi çıxarır, bununla yanaşı, yaxınlıqdakı hansı marketlərdən məhsul ala biləcəyinə kömək edir”.

Startapçı qeyd edib ki, qida sahəsi ilə əlaqəli olan insanlar platformada hesablarını yaradıb xidmətlərini sata, istifadəçilər isə bu xidmətlərdən yararlana bilərlər: "Məsələn, Qurban bayramında insanlar heyvan kəsdirib onu aztəminatlı ailələrə paylamaq istəyirlər. Bizim platforma bu məsələdə də yardımçı ola bilər. Bunun üçün aztəminatlı şəxslər bizim platformada qeydiyyatdan keçməklə qurban kəsənlə əlaqə qurmaq imkanı əldə edə biləcəklər”.

N.Əhmədzadə bildirib ki, platforma qida israfının aradan qaldırılması məqsədilə həll yolları təqdim etməyi nəzərdə tutur. Bunun üçün istifadəçilərə "food banking" sistemi təqdim ediləcək: "Hər birimiz şahidik ki, toylardan sonra nə qədər qida tullantıları yaranır. Restoranlar istifadə edilməyən həmin qidaları ehtiyacı olan şəxslərə ucuz qiymətlərə sata biləcəklər".

 https://vergiler.az/news/economy/27678.html

Powered by Froala Editor