Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər? 03.08.24
“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər?

Göstərilmiş xidmətlərin 89%-ə yaxını 10 dövlət qurumu tərəfindən göstərilib. 

 

2024-cü ilin yanvar-iyun aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər. Sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edib. 


Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121122 (76.69%), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13196 (8.36%), Dövlət Vergi Xidməti - 2793 (1.77%), Dövlət Gömrük Komitəsi - 1113 (0.70%), Fövqəladə Hallar Nazirliyi – 586 (0.37%), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) – 473 (0.30%), İqtisadiyyat Nazirliyi – 434 (0.27%), Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi – 288 (0.18%), Qida Təhlükəsizliyi Agentliyi – 141 (0.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0.04%) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər “Bakı KOB evi”nə edilmiş ümumi müraciətlərin 88,8%-ni (140216) təşkil edib.   


Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157940 xidmət göstərilib ki, bunun 140556-sı dövlət, 17384-ü isə özəl qurumlar  tərəfindən təmin olunub.

Powered by Froala Editor