Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Bakıda Balıq Festivalı keçirilir 18.05.22
Bakıda Balıq Festivalı keçirilir

Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgiləri çərçivəsində Balıq Festivalı təşkil olunub. Tədbir Azərbaycan və Türkiyənin müvafiq qurumlarının, o cümlədən KOBİA-nın dəstəyi ilə keçirilir. 

 

Festivaldakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov balıqçılığın ərzaq təhlükəsizliyinin, məşğulluğun təmin edilməsində, ixracda və digər əlaqəli sektorların inkişafında rolunu qeyd edib. Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda üç mindən artıq KOB subyekti fəaliyyət göstərir. Müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, infrastrukturun inkişafı, şəbəkələşmə və s. istiqamətlər üzrə kənd təsərrüfatı sektorunda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq edilir. Orxan Məmmədov tədbirin Türkiyənin balıqçılıq və balıq məhsulları sənayesindəki təcrübəsinin bölüşdürülməsi və biznes əlaqələrinin inkişafı baxımdan əlverişli imkan yaratdığını qeyd edib.

Powered by Froala Editor