Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Bakıda və regionlarda KOB-ların məhsullarının sərgi-satış yarmarkaları – “KOB Fest” təşkil olunacaq 08.04.22
Bakıda və regionlarda KOB-ların məhsullarının sərgi-satış yarmarkaları – “KOB Fest” təşkil olunacaq

Bakıda və ölkə regionlarında mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərindən ibarət sərgi-satış yarmarkaları – “KOB Fest” keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.

İlk “KOB Fest” – sərgi-satış yarmarkası 25-26 aprel tarixlərində “İçərişəhər”də təşkil olunacaq. 25 aprel - Sahibkarlar Gününə həsr ediləcək yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil olunacaqlar. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq. 

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOBİA Bakı sakinlərini və şəhərimizin qonaqlarını 25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) keçiriləcək “KOB Fest” - sərgi-satış yarmarkasına dəvət edir.

Powered by Froala Editor