Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət göstərilib 08.04.22
Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət göstərilib

Aprelin 8-də “Yevlax KOB evi”nin fəaliyyətə başlamasından bir il ötür. Ötən bir ildə “Yevlax KOB evi” tərəfindən sahibkarlara 34996 xidmət göstərilib. Bunlardan 32905-i “G2B”, 2901-i isə “B2B” xidmətlərdir. Göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99%-dir.

 

Hazırda “Yevlax KOB evi”ndə sahibkarlara 9 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 5 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar ötən bir ildə daha çox vergi və kommunal xidmətlərlə bağlı “Yevlax KOB evi”nə müraciət ediblər. “Yevlax KOB evi”ndə sahibkarlara vergi və kommunal xidmətlərlə yanaşı, biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, bank və s. xidmətlər göstərilir.

 

“Yevlax KOB evi”nin xidmətlərindən daha çox Yevlax, Bərdə, Mingəçevir və Ağdaşdan olan sahibkarlar istifadə ediblər. 

 

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. 

Powered by Froala Editor