Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər keçirilir 17.02.23
“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər keçirilir

“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında “Bakı KOB evi”ndə müxtəlif mövzularda təlimlər təşkil olunub.

 

Bu təlimlər “Biznes psixologiyası”, “Şirkətin inkişafında sistemləşmə və markalaşmanın önəmi”, “Biznes planın hazırlanması və investorların cəlb olunması”, “Satış danışıqlarının aparılması” mövzularını əhatə edib. Təlimçi-ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Niyazi Abbasov və Azad Qəhrəmanovun iştirakı ilə keçirilmiş təlimlərdə müvafiq mövzularda məlumat verilib, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Növbəti mərhələdə layihə iştirakçısı olan qadın sahibkarların müxtəlif istiqamətlərdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil ediləcəkdir.

 

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkə iqtisadiyyatında qadın sahibkarların rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

Powered by Froala Editor