Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib 15.04.25
Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib

Sahibkarlar ilə görüşdə KOBİA ilə yerli iş adamları arasında daha sıx əməkdaşlığın qurulması, sahibkarların ehtiyacları və regionun investisiya cəlbediciliyinin artırılması ilə bağlı müzakirələr aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüş keçirilib. 

Sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələrində fəaliyyət göstərən 120-dən çox sahibkarın iştirak etdiyi tədbirdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.  

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud biznesin inkişaf etdirilməsi üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər və rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər. İmişli rayonu ilə yanaşı, KOB dostu ofisləri Mil-Muğan iqtisadi rayonu üzrə Beyləqan və Sabirabadda da fəaliyyət göstərir. 

Tədbir çərçivəsində sahibkarların güzəştli kredit, KOBİA-nın dəstək mexanizmlərindən olan “Startap” şəhadətnaməsi və qrant aləti, regionda biznes fəaliyyəti üçün imkanlar və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlərlə bağlı müzakirələr aparılıb, sualları cavablandırılıb. 

2025-ci il ərzində sahibkarlarla belə görüşlər ölkənin digər şəhər və rayonlarında da təşkil olunacaqdır. 

Səfər çərçivəsində KOBİA nümayəndələri İmişli rayonunda fəaliyyət göstərən “İmişli R-Aqro”nun heyvandarlıq təsərrüfatında və “İmişli Mall”da olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar. 

Powered by Froala Editor