Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnsanların işini asanlaşdıracaq yeni startaplar Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda
bp yerli KOB-lara dəstək olacaq 13.03.23
bp yerli KOB-lara dəstək olacaq

KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə əməkdaşlıq edəcək, həmçinin regionlarda gənc sahibkarlığın və aqroturizmin inkişafına dəstək məqsədilə iki yeni layihə həyata keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar. 

Bununla bağlı martın 13-də “Bakı KOB evi”ndə keçirilmiş tədbirdə qeyd edilib ki, yeni sənəd KOBİA və bp arasında səmərəli əməkdaşlığın davamıdır. Memorandum çərçivəsində KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə tərəfdaşlıq edəcəklər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdə bildirib: “KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. bp ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcəkdir. Bu əməkdaşlıq formatı həm də təcrübə kimi digər layihələrin icrasında istifadə oluna bilər. İnanırıq ki, bp ilə əməkdaşlığımız kiçik və orta sahibkarlığın inkişafına, onların fəaliyyətinin genişlənməsinə öz əhəmiyyətli töfhəsini verəcəkdir”.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, yeni anlaşma memorandumu yerli biznesin inkişafını dəstəkləmək yönündə səylərin davam etdirildiyini göstərir: “Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olub. Proqram yerli müəssisələrə beynəlxalq standartlara nail olmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün gələcəkdə daha geniş imkanlar olacaq”.

Tədbir çərçivəsində KOBİA və bp-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşımaqla Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlmləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaqdır. 

Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaqdır.

Tədbirdə həmçinin “Ekvita” şirkətinin, “Kənd İnkişafına Dəstək” və Regional İnkişaf ictimai birliklərinin nümayəndələri sözügedən layihələr barədə məlumat veriblər. 

Powered by Froala Editor